Bu tədbirdə yeniyetmələrdən biri ilə Özbək arasında maraqlı və məzəli bir dialoq baş tutub. Həmin uşağın ''Cim-Bom''un lideri Viktor Osimhen ilə bağlı Özbəkdən tələbi maraq doğurub. O, Özbəkə ''Osimheni ''Borçka Spor''a vermək ehtimalınız varmı'' sualını ünvanlayıb. Əvvəlcə gülümsəyən başqan daha sonra mikrofonu əlinə alaraq cavabında bunu deyib:
''Oğlum, biz sizə arzularla yaşamağı məsləhət gördük, amma daha belə də yox. Yəqin, bir qədər yanlış anlaşılmışıq. Bu istəyini Osimhenə çatdıraram. Özüm şəxsən ona ''Borçka Spor''a transfer təklifini çatdıracam''.





