Xatırlayırsızsa, ötən il noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsində, “Napoli” ilə səfər görüşündə də bu futbolçular arasında mübahisə yaranmışdı. Neapoldakı oyunun 56-cı dəqiqəsində “Qarabağ”ın qapısına penalti təyin olunmuş, bunun günahını Pedro Bikalyoda görən Marko Yankoviç elə meydandaca onunla hesablaşmağa çalışmış, final fitindən sonra isə Mateus Silvaya irad bildirmişdi.
Qəbələdəki oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov hər iki futbolçunun cəzalandırılacağını söylədi. İlk davanın ili tamam olmamış eyni futbolçuların növbəti dəfə münaqişəyə girməsi heç də yaxşı hal deyil.
Bəs komanda daxilində baş verən belə hadisələrdə problemi necə həll etmək olar? “Football-plus.az” bu suala cavab tapmaq üçün təcrübəli məşqçi Vaqif Sadıqovla əlaqə saxlayıb:
“Vallah, belə hadisələr, demək olar ki, hər komandada baş verir. Bu vəziyyətdən çıxış yolunu hər kəsdən yaxşı Qurban Qurbanov bilir. O, oyunçuların xasiyyətinə bələddi və lazım olan tədbirin görüləcəyini mətbuat konfransında da bildirdi. Kənardan fikir bildirmək əvəzinə məsələlərdən daxilən xəbərdar olan baş məşqçinin qərarı daha önəmlidi. Məncə, bu hadisə "Qarabağ"ın gələcək çıxışına mənfi təsir göstərməyəcək. Sadəcə, oyunun gərgin keçməsi, istənilən nəticənin alınmaması və emosiyaların cilovlana bilməməsi səbəbindən aralarında belə insident yaşandı.
İnsan amili olan yerdə hər cür reaksiyaya rast gəlmək mümkündü. Düzdü, “Qarabağ” kimi komandanın oyunçuları həmişə nümunə olmalıdılar. Ancaq çıxış yolu tapmaq və lazım olan tədbirləri görmək üçün illərdi komanda ilə ünsiyyətdə olan məşqçilər heyəti mövcuddu. Məncə, düzgün qərar veriləcək”.
İnsan amili olan yerdə hər cür reaksiyaya rast gəlmək mümkündü. Düzdü, “Qarabağ” kimi komandanın oyunçuları həmişə nümunə olmalıdılar. Ancaq çıxış yolu tapmaq və lazım olan tədbirləri görmək üçün illərdi komanda ilə ünsiyyətdə olan məşqçilər heyəti mövcuddu. Məncə, düzgün qərar veriləcək”.
İSRAYIL XEYRULLAYEV





