Klubu ilə yenidən anlaşdı

27.06.2024 21:50 318
Dünya futbolu
Eşli Yanq klubu ilə yenidən anlaşıb.

“Football-plus.az” xəbər verir ki, “Everton” müdafiəçi ilə müqavilənin yeniləndiyini açıqlayıb. İngiltərə klubunun rəsmi saytının yaydığı xəbərə görə, 38 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

İngiltərəli futbolçu ötən yaydan “Everton”da çıxış edir. O, bu klubda 34 rəsmi oyun keçirib və 1 qol vurub. İngiltərə yığmasının sabiq üzvü əvvəllər “Aston Villa”, “İnter”, “Mançester Yunayted” və “Uotford”da çıxış edib.