Fernando Musleranın şərəfini qoruduğu ''Estudiantes'' məlum olduğu kimi bu mövsüm uzun fasilədən sonra ilk dəfə Libertadores Kubokunda finala yüksəlib.
Yarımfinalda ''Flamenqo'' ilə dueldə məhz Muslera möhtəşəm performans sərgiləmiş, oyunsonrası penaltilər seriyasında 3 zərbəni dəf etmiş və komandasının finala yüksəlməsində mühüm rol oynamışdı. Amma daxili çempionatda La Plata təmsilçisinin işləri qaydasında getmir. 15-ci pillədə qərarlaşan ''Estudiantes'' son turda A qrupunun lideri ''İnstituto''nu qəbul etdi. Bu dəfə Musleranın son dünya çempionatındakı, yəni çoxsaylı səhvlərə yol verən versiyası geri döndü.
3:3 hesabı ilə bitən qarşılaşmaya 40 yaşlı qapıçının kobud səhvləri və ''Estudiantes''in sərgilədiyi xarakter damğa vurdu. 3-cü dəqiqədə Muslera rəqib oyunçunu aldadıcı fəndlə keçmək istədi, amma bu hərəkət ona baha başa gəldi və Fakundo Suares topu boş qapıya göndərdi.
İkinci hissə Muslera və meydan sahibləri üçün kabus kimi başladı. Əvvəlcə 48-ci dəqiqədə künc zərbəsi zamanı Musleranın çıxışdakı səhvindən sonra Leonel Moseviç fərqi artırdı. 2 dəqiqə sonra Santyaqo Nunyes son ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq ''Estudiantes''i azlıqda qoydu. Daha 2 dəqiqə sonra isə Muslera növbəti kobud səhvə yol verdi. O, Kordoba Moskeranın zərbəsindən sonra yaxın küncə yönələn topa vaxtında reaksiya verə bilmədi. Amma azlıqda və 0:3 geridə olmasına rəğmən ''Estudiantes'' kiçik bir möcüzə reallaşdırdı. Komanda 58, 65 və 86-cı dəqiqələrdə vurduğu qollarla tarixi bir geridönüş reallaşdırdı.
''Estudiantes'' Argentina çempionatı tarixində azlıqda 3 top fərqini aradan qaldıran ilk komanda oldu!
Muslera bu dəfə ''Estudiantes''ə qənim kəsilsə də...
Dünya futbolu





