Fatih Kavlak “Neftçi” haqda danışmaq istəmədi

29.07.2024 18:16 374
Ölkə futbolu / Manşet
Bir müddətdi önəmli islahatlar aparan “Neftçi”nin növbəti planı baş tutmayıb.

“Ağ-qaralar” akademiyanın başına Fatih Kavlakı gətirmək istəsə də, o, bir ay öncə aldığı təklifi rədd edib. 10 il əvvəl "Qəbələ"ni çalışdıran, həmçinin "Qarabağ"da Qurban Qurbanovun köməkçisi işləmiş Kavlakın Azərbaycana üçüncü səfərinin nədən alınmaması məlum deyil. Bəs onun Azərbaycandan gələn təklifə “yox” deməsinin səbəbi nədi?

Məsələ ilə bağlı türkiyəli mütəxəssisə sual ünvanladıq. O, xəbəri təkzib etməsə də, bu barədə danışmaqdan boyun qaçırdı.

Xatırladaq ki, Kavlak bu ilin mayından superliqa təmsilçisi “Hatayspor”da idman direktoru vəzifəsini tutur.

RÖYANƏ OĞUZ