• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fatih Kavlak “Qəbələ”də yaşadığı problemləri bölüşmək istəmədi - MÜSAHİBƏ

Manşet / Müsahibə

3-06-2024, 16:0

Misli premyer-liqasında 2023/24 mövsümünün ən uğursuz komandası “Qəbələ” oldu. Adətən, avrokuboklara vəsiqə qazanan, azarkeşlərinə sevinc yaşadan “qırmızı-qaralar”ın indiki vəziyyətini “həzm etmək” çətindi.

Sabiq baş məşqçilərdən biri - 2012/13 mövsümündə ölkəmizdə fəaliyyət göstərən türkiyəli mütəxəssis Fatih Kavlakla söhbətləşdik.

- Yəqin ki, sabiq komandanız “Qəbələ”nin birinci liqaya düşməsindən xəbəriniz var...
- Bəli, “Qəbələ”nin hazırkı durumunu yaxından izləyirəm. Komandanın premyer-liqadan aşağı liqaya düşməsi məni çox kədərləndirdi. “Qırmızı-qaralar” həmişə böyük potensiala və güclü infrastruktura malik klub olub. Bu geriləmə həm klub, həm də azarkeşlər üçün çətin dövr olsa da, onların belə çətinliklərin öhdəsindən gələcəyinə tam inanıram. Futbolda bəzən eniş-yoxuşlu məqamlar olur. Amma önəmli olan bu vəziyyətlərdən dərs alıb daha güclü qayıtmaqdı. İnanıram ki, “Qəbələ” bu prosesdən daha güclü çıxacaq və qısa zamanda layiqli yerinə qayıdacaq.

- Sizcə, uğursuzluğun səbəbi nə oldu, günahkar kimdi? Hadisələrə baxış bucağınızı bilmək maraqlı olardı.
- Son aylarda yaşanan acınacaqlı nəticələrin bir çox səbəbi ola bilər, amma kənardan gördüklərim əsasında bu vəziyyəti belə izah edə bilərəm. Əvvəla, mövsümün əvvəlində komandada xeyli oyunçu dəyişikliyi oldu. Belə böyük dəyişiklik komandadaxili harmoniyaya və tarazlığa mənfi təsir göstərir. Yeni oyunçuların komandaya və bir-birinə alışması üçün vaxt lazımdı ki, bu da təbii olaraq, oyunda özünü göstərir. Xüsusilə komandanın avrokubok matçlarının olması hazırlıq müddətini qısaltdı. Normalda futbolçuların bir-birinə uyğunlaşması, qurulacaq taktiki planlar və fiziki hazırlıq üçün mövsümöncəsi hazırlıq dövrü çox önəmlidi. Lakin qısa hazırlıq müddəti bu proseslərin tam reallaşmasına mane oldu və bu, bütün mövsümə təsir etdi. İkinci məsələ odu ki, məşqçi dəyişikliyi gözlənilən nəticəni vermədi. Yeni çalışdırıcı ilə işləmək komandanın oyun anlayışında və taktiki yanaşmada dəyişiklik tələb edir. Bu uyğunlaşma prosesi də vaxt apara və komandanın performansında dalğalanmalara səbəb ola bilər. Təəssüf ki, dəyişikliklər gözlənilən müsbət təsiri tez bir zamanda vermədi və mənfi nəticələr davam etdi.

- “Qəbələ”də işlədiyiniz dönəmi, həmin illəri necə xatırlayırsız?
- Orda işlədiyim vaxt mənim üçün həqiqətən dəyərli idi. Bu müddət ərzində həm klub rəhbərliyi, həm də oyunçular ilə güclü dostluq əlaqələri qurduq. Biz birlikdə çalışdıq və klubun uğuru üçün bir çox çətinliklərin öhdəsindən gəldik. Orda olduğum müddətdə çox gözəl xatirələrim və nailiyyətlərim olub. Bu xatirələr və təcrübə karyeramda mühüm yer tutur.

- Azarkeşlər sizi necə yada salır?
- Azarkeşlərin “Qəbələ”dəki həvəsi və dəstəyi mən və komandam üçün böyük motivasiya mənbəyi olub. “Qəbələ”də keçirdiyim vaxtları həmişə böyük sevgi və hörmətlə xatırlayıram. Ümid edirəm ki, onlar da eynilə məni elə xatırlayır.

- “Qəbələ”ni çalışdırdığınız vaxt hansı çətinliklər vardı? Ümumiyyətlə, sizin fəaliyyətiniz vaxtı klub, akademiya, infrastruktur necə idi?
- “Qəbələ”də məşqçi işlədiyim müddətdə qarşılaşdığım çətinliklər meydandankənar, futboldankənar problemlər idi, təəssüf ki, bunları sizlə bölüşə bilmirəm. Klubla heç bir çətinlik çəkmədim, çox dəstək aldım. Akademiya çox möhkəm idi və gənc futbolçuların inkişafı üçün yaxşı şərait yaranmışdı. Oyunçuların istedadı və iş intizamı gələcək üçün ümidverici idi. Klubun uzunmüddətli uğurları üçün infrastrukturdan çıxan futbolçuların çıxışı böyük əhəmiyyət daşıyırdı. Bu gənc istedadların inkişafına töhfə vermək mənim üçün böyük məmnunluq mənbəyi oldu.

- Azərbaycanda həm “Qarabağ”da, həm də “Qəbələ”də məşqçilik etmisiz. Bu dönəmlər yaddaşınızda necə qalıb?
- “Qarabağ”da, “Qəbələ”də işlədiyim vaxtlar mənim üçün böyük şərəf idi. O günləri həmişə xoş hisslər ilə xatırlayıram. Bu illərdə mühüm təcrübə qazandım. İşlədiyim müddətdə hər iki klub yolun başlanğıcında idi və uğur nərdivanını qalxmağa hazırlaşırdı.

- Bu mövsüm baş məşqçi olsaydız, “Qəbələ” premyer-liqada qala bilərdi?
- Bu suala dəqiq cavab vermək çətindi. Çünki futbolun təbiətinə görə dəyişənlər çoxdu.

- “Hatayspor” mövsümün əvvəlində azərbaycanlı hücumçu Renat Dadaşovu icarəyə götürüb. Onun çalışdırdığınız klubdakı fəaliyyəti barəsində düşüncələriniz?
- Renat Dadaşov “Hatayspor”a böyük fayda verən istedadlı futbolçudu. Onun göstəriciləri komanda üçün nə qədər dəyərli olduğunu sübut etdi. Superliqadakı yerimizi qorumaq uğrunda mübarizəyə mühüm töhfə verdi. Renat həm meydanda, həm də meydandan kənarda peşəkarlıq göstərdi ki, bu da təqdir edilməyə layiqdi.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

2-05-2023, 21:0

"Qəbələ"də yubiley

Premyer-liqa / Video

27-05-2023, 21:0

"Qəbələ" avrokuboklara belə vəsiqə qazandı - VİDEO

Premyer-liqa

17-07-2023, 23:0

“Qəbələ”nin son rəqibi bəlli oldu

Premyer-liqa / Manşet

18-05-2024, 16:0

“Bir futbolçu üçün mövsümü sonuncu yerdə bitirmək çox çətindi” - Auaşeriya məsuliyyəti boynuna götürdü

Premyer-liqa / Manşet

16-05-2022, 14:0

"Avropa, güclü dayan, "Qəbələ" gəlir" - AÇIQLAMA

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 111
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə