Ramil Şeydayevin “Neftçi”yə mümkün gəlişinə menecerindən reaksiya – "Hər hansı bir..."

11.07.2024 17:00 2 442
Ölkə futbolu / Manşet
“Kocaelispor”da ümidləri doğrultmayan Ramil Şeydayevin Azərbaycana dönüşü ilə bağlı xəbərlər artıb.

Deyilənə görə, sabiq “Qarabağ”lı bu dəfə “Neftçi”yə gələcək. “Kocaelispor”un azərbaycanlı hücumçusu ilə danışıqların davam etdiyi iddia edilir. Bəs Şeydayev “ağ-qaralar”ı seçəcəkmi? Bu məsələ ilə bağlı bilgi almaq üçün Ramilin meneceri Jarko Delikiçlə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında xəbəri təkzib etməsə də, sualımıza bu cür reaksiya verdi:

“Üzr istəyirəm, heç bir şərhim yoxdu. Hər hansı bir xəbər olsa, xəbər tutacaqsız”.

Qeyd edək ki, 28 yaşlı hücumçunun ”Qarabağ”a dönmək ehtimalı da var idi. Lakin onun meneceri saytımıza açıqlamasında Ağdam klubunun lazımi məbləği vermədiyini bildirmişdi.

RÖYANƏ OĞUZ