“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq hücumçu Meyson Qrinvud haqda danışmaqdan boyun qaçırıb.
Xatırladaq ki, klub bir neçə gün əvvəl futbolçu ilə tezliklə vidalaşacağını açıqlayıb. Ten Haqın fikirləri:
“Komanda turnir cədvəlində olmaq istədiyimiz mövqedə deyil. Mən yalnız əlimin altında olan oyunçulara köklənmişəm. Qrinvudun heyətə dönüşünü istəyirəmmi? Mən yalnız öz oyunumuz, öz heyətimiz haqda danışmağa hazıram”.
Xatırladaq ki, 21 yaşlı futbolçu sonuncu dəfə ötən ilin əvvəlində meydana çıxıb. Yanvarda isə rəfiqəsi Harriyet Robsonu döyməkdə və cinsi zorakılığa məruz qoymaqda suçlanaraq saxlanılıb. 2023-ün fevralında Mançester polisi dəlil yetərsizliyi üzündən bu işi qapayıb.