“Football-plus.az” xəbər verir ki, Türkiyə klubunun 24 yaşlı hücumçunun "Qrasshopper"dən transfer hüququna yiyələnməyi düşünmədiyi deyilsə də, yerli mətbuatda bu məsələ yenidən gündəmə gəlib. Yığmanın budəfəki toplanışına çağrılmayan Dadaşovun zədəsi olduğu deyilir. Amma onun çıxışı ilə bağlı şərhlər də müsbət yöndə deyil. Maraq üçün bildirək ki, 24 yaşlı hücumçunun Sürix klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdi. Bəs Renatla bağlı danışıq aparılırmı? “Hatayspor”un idman direktoru Fatih Kavlakın “Football-plus.az”a söylədikləri:
“Dadaşov icarəyə götürdüyümüz oyunçumuz idi. Sözləşməsində satın almaq üçün şərt vardı. Almaq istədik, amma rəqəm yüksəkdi. Buna görə də ala bilməkdik. Danışıqlar aparmırıq. Özhan Pulatla yeni müqavilə imzalanıb. Bu gündən çalışmalara başlayacağıq. Hazırda Dadaşovla “Hatayspor” arasında bir danışıq və ya planlama yoxdu. Bir neçə gün sonra istəsəyib-istəmədiyimiz dəqiqləşəcək. Transfer üçün hərəkətə keşdikdə düşünəcəyik”.
RÖYANƏ OĞUZ




