Sobolenko portuqal dilini öyrənir

24.07.2024 11:13 300
İdman
Dünyanın 3-cü raketkası, belaruslu Arina Sobolenko portuqal dilini öyrəndiyini deyib:

“Portuqal dilini öyrənirəm. Yaxınlarda Yunanıstana getmək xoşbəxtliyinə nail oldum. Odu ki, hər iki mədəniyyətlə tanış olduğumu demək mümkündü”.

Arina həmçinin çiyin zədəsini müalicə etdirdiyini və iyulun 29-dan avqustun 4-nə qədər Vaşinqtonda keçiriləcək turnirə qatılmağı planlaşdırdığını deyib. Belaruslu tennisçi məhz sağlıq durumundakı problemlərə görə “Uimbldon” turnirindən çəkilmişdi.