Dünyanın birinci raketkası Novak Cokoviç, ispaniyalı tennisçi Karlos Alkaras, belaruslu Arina Sobolenko və tunisli Ons Jaber dekabrın 26-27-də Ər-Riyadda keçiriləcək sərgi xarakterli turnirdə iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, ötən il bu turnirə yalnız kişi tennisçilər qatılmışdı. Onda finalda rusiyalı Daniil Medvedevi məğlub edən amerikalı Teylor Frits turnirin qalibi olmuşdu. Mükafat fondu 1 milyon dollar idi.