Fransa yığmasına təyinatı baş tutmayan Zinəddin Zidanla bağlı maraqlı xəbər yayılıb.
"Football-plus.az" xəbər verir ki, o, son həftələr ingilis dilini öyrənməklə məşğuldu. “La Source Parisienne” nəşrinin iddiasına inansaq, “Real”ın sabiq baş məşqçisi hər gün 4 saatını bu dili mənimsəməyə sərf edir. Bu mənbə fransalı mütəxəssisin əsas məqsədinin “Çelsi”ni çalışdırmaq olduğunu da qeyd edib. Qrehem Potterin London klubunun rəhbərliyini qane etmədiyi və ingilis məşqçinin komandanı uzaqbaşı mövsümün sonuna qədər çalışdıracağı vurğulanıb.