Sobolenko siyasətlə bağlı suallardan bezib

2.07.2023 16:39 237
İdman
Sabah start götürəcək tennis üzrə Uimbldon turnirinin iştirakçıları arasında Arina Sobolenko da var.

Artıq İngiltərə paytaxtında olan belaruslu tennisçi, adətən, mətbuat konfranslarında siyasi xarakterli suallarla üzləşir. Belarusun Ukrayna ərazisini işğal etməyə çalışan Rusiyanın əsas siyasi-hərbi tərəfdaşı olduğunu nəzərə alsaq, Arinanın düşdüyü vəziyyət anlaşılandı. “Football-plus.az” onun növbəti dəfə mətbuat konfransında çətin duruma düşdüyünü xəbər verir:
“Dərhal bəyan edirəm ki, siyasət haqda danışmayacam. Mən bura yalnız tennisi müzakirə etməyə gəlmişəm. Siyasi xarakterli suallarınız varsa, Qadın Tennisçilər Assosiasiyasından soruşun və ya əvvəlki turnirlərdəki cavablarıma baxın”.