Amerika Kubokunda 3-cü yeri tutdular

14.07.2024 20:53
Dünya futbolu
Amerika Kubokunda bürünc mükafatçı müəyyənləşib.

3-cü yer uğrunda oyunda Kanada və Uruqvay yığmaları qarşılaşıb. ABŞ-nin Şarlott şəhərində keçirilən matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Bu sınaqda daha dəqiq olan Uruqvay 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final oyunu iyulun 14-dən 15-nə keçən gecə keçiriləcək. Həlledici matçda Argentina ilə Kolumbiya yığmaları qarşılaşacaqlar.

3-cü yer uğrunda oyun
Kanada - Uruqvay 2:2, p. - 3:4
Kone, 22. Devid, 80 - Bentankur, 8. L.Suares, 90+2.