Bundan sonra B seriyasında işləyəcək

29.11.2026 10:00
Dünya futbolu
Braziliya yığmasının sabiq futbolçusu Aleks de Souzanın yeni iş yeri məlum olub.

"Football-plus.az" xəbər verir ki, 49 yaşlı mütəxəssis “Seara”nın baş məşqçisi təyin olunub. Braziliya çempionatının B seriyası təmsilçisinin mətbuat xidmətinin məlumatına görə Aleks de Souza ilə müddəti 2027-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Sabiq futbolçu bu ilin əvvəlinədək ölkəsinin “Operario Ferroviario” klubunda işləyib, sonra isə yerli “Atletik”i çalışdırıb.