Nəhayət, Bruno Fernandeşin hazırkı klubundakı aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, “Mançester Yunayted”lə müqaviləsinin müddətini artırıb.
“The Athletic” nəşrinin məlumatına görə, 32 yaşlı portuqaliyalı yarımmüdafiəçinin sözləşməsindəki xüsusi bənddən istifadə edən klub onunla əməkdaşlığın müddətini 2028-ci ilin iyununa qədər uzadıb. Əvvəlki müqavilə 2027-ci ilin yayında qüvvədən düşməli idi.
Qeyd edək ki, Brunoya Avropa və Səudiyyə Ərəbistanı klubları ciddi maraq göstərir. MY rəhbərliyi onunla müqaviləni yeniləməklə təcrübəli futbolçunu daha sərfəli qiymətə satmağı da planlaşdırır. İngiltərə nəhəngi artıq onun mümkün əvəzləyicilərinin siyahısını da hazırlayıb. Namizədlər arasında “Komo”nun yarımmüdafiəçisi Niko Pasın da adı hallanır.
Fernandeş cari mövsümdə MY-nn heyətində 16 oyun keçirib, 8 qol vurub və 3 məhsuldar ötürmə verib.
Fernandeş yeni müqaviləni imzaladı, amma…
Dünya futbolu




