MLS-də çempionluq uğrunda pley-off oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Lionel Messinin formasını geydiyi “İnter Mayami” gözlənilmədən mübarizəni bu mərhələdə dayandırıb.
Mayamililər 1/8 finalın cavab oyununda səfərdə “Kolambus Kru”ya 0:1 hesabı ilə uduzublar. İlk oyunda rəqibinə 0:3 hesabı ilə məğlub olan “İnter Mayami” iki oyunun nəticəsinə əsasən 0:4 hesabı ilə uduzaraq mövsümü başa vurub.
Maraqlıdı ki, “İnter Mayami” MLS-in Şərq Konfransında müntəzəm mövsümü 60 xalla 2-ci, “Kolambus Kru” isə 47 xalla 7-ci yerdə başa vurmuşdu.
Messi üçün mövsüm erkən sona çatdı
Dünya futbolu





