Bu il keçiriləcək Amerika Kubokunun bütün iştirakçıları məlum olub.
"Football-plus.az" xəbər verir ki, Kosta Rika - Honduras matçından sonra turnirin sonuncu iştirakçısı müəyyənləşib.
Amerika Kubokuna vəsiqə uğrunda həlledici oyunda Kosta Rika yığması 3:1 hesabıyla qalib gəlib. Xatırladaq ki, turnir iyunun 20-dən iyulun 14-dək ABŞ-də keçiriləcək. Qrup mərhələsi iyunun 20-dən iyulun 2-dək, 1/4 final mərhələsi iyulun 4-6-sı aralığında, yarımfinal oyunları iyulun 9-10-da, 3-cü yer uğrunda matç iyulun 13-də, final iyulun 14-də Mayamidə təşkil ediləcək. Amerika kubokunun oyunlarına ABŞ-nin 14 şəhəri evsahibliyi edəcək. Turnirin 16 iştirakçısı 4 qrupda mübarizə aparacaq. Qrupların tərkibini nəzərinizə çatdırırıq.
A qrupu: Argentina, Peru, Çili, Kanada.
B qrupu: Meksika, Ekvador, Venesuela, Yamayka.
C qrupu: ABŞ, Uruqvay, Panama, Boliviya.
D qrupu: Braziliya, Kolumbiya, Paraqvay, Kosta Rika.