Xatırladaq ki, avqustun 13-də Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Kiyev “Dinamo”su ilə keçirilən cavab görüşündə zədələnən futbolçu əməliyyat olunub. Bəs Elvin artıq tam gücü ilə komanda məşqlərində iştirak edirmi? Yoxsa hələ yüngül hazırlıqla kifayətlənir? Nə vaxt meydana qayıdacaq?
“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “köhlən atlar”ın mətbuat katibi Anar Həsənovla əlaqə saxlayıb:
“Həkim nəzarəti altında komanda ilə birgə yüngül məşqlərə qoşulur. Nə vaxt qayıdacağını baş məşqçi deyə bilər”.
İSRAYIL XEYRULLAYEV





