Gələn il keçiriləcək Amerika Kubokunun təqvimi ilə bağlı əsas nüanslara aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, turnirin ilk və son oyunlarının məkanı müəyyənləşib. Amerika Kuboku ABŞ-də təşkil ediləcək. Turnirin açılış matçı iyunun 20-də Atlanta şəhərində keçiriləcək. Final oyunu isə iyulun 14-də Mayamidəki “Hard Rok Stedium”a təyin olunub.
Yeri gəlmişkən, Amerika Kubokunun sonuncu qalibi 2021-ci ildə Braziliyada keçirilən yarışın finalında ev sahibi olan komandanı minimal hesabla məğlub edən Argentina yığmasıdı.