Braim Dias klubundan aldığı yeni təklifi qəbul edib.
"Football-plus.az" xəbər verir ki, 27 yaşlı futbolçu “Real” ilə müqaviləsini yeniləyib. Madrid klubunun rəsmi saytının məlumatına görə, mərakeşli yarımmüdafiəçi ilə yeni anlaşmanın müddəti 2031-ci il iyunun 30-na qədərdi.
2019-cu ildə 19 yaşında Madrid klubuna qoşulan Dias indiyədək komandada 173 oyun keçirib və 7 titul qazanıb. “Malaqa” və “Mançester Siti”nin yetirməsi olan Braimin 2020-23-cü illərdə icarə əsasında “Milan”da oynadığını da xatırladaq.
Yeni şərtlərlə razılaşdı
Dünya futbolu





