"Araz-Naxçıvan" Misli premyer-liqasının 13-cü turunda səfərdə "Sabah"a uduzdu - 0:2.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-ağlar"ın baş məşqçisi Yuri Maksimov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdu. Bilirdik ki, çətin oyun olacaq. Komanda komplektləşməyib, oyunçu çatışmır. Futbolçular əllərindən gələni etməyə çalışdılar.
- "Araz-Naxçıvan" nə vaxt qələbə qazanacaq?
- Biz də bunu istəyirik.
- Qış fasiləsində neçə transferə ehtiyac var?
- Hər bir halda nəsə etməyə çalışacağıq.
- Növbəti iki oyun da çempionluq uğrunda mübarizə aparan komandalar qarşı olacaq. Həmin matçlarda hədəfiniz nədi?
- Meydana çıxıb oyunumuzu oynayacağıq. Futbolda bəzən alınır, bəzən yox.
"Komanda komplektləşməyib, oyunçu çatışmır" - Yuri Maksimov
Ölkə futbolu / Manşet





