Amerika Kuboku: Kanada yarımfinalda

6.07.2024 10:11 344
Dünya futbolu
ABŞ-də təşkil olunan Amerika Kubokunda daha bir yarımfinalçının adına aydınlıq gəlib.

"Football-plus.az” xəbər verir ki, 1/4 finalda Venesuela millisi turnirin debütantı Kanada ilə qarşılaşıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında Kanada millisi qələbə qazanıb - 4:3. Beləliklə, Kanada yarımfinalda Argentina yığmasına rəqib olub.

Qeyd edək ki, Argentina - Kanada matçı iyulun 9-da keçiriləcək.