İsrail premyer-liqasında 11-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, Rüfət Abdullazadənin formasını geydiyi "Kiryat Şimona" "Hapoel Ramat Qan"ın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0. Matçda yeganə qolu 3-cü dəqiqədə Kristofer Bonifeys vurub.
Rüfət ikinci hissənin əvvəlində - 46-cı dəqiqədə meydana daxil olub.
"Kiryat Şimona" sonuncu - 14-cü pillədə qərarlaşıb.
Rüfətin komandası səfərdə uduzdu
Dünya futbolu





