1/4 final matçını buraxacaq

6.07.2024 15:04 331
Dünya futbolu
Braziliya yığması Amerika Kubokunda növbəti oyuna ciddi itki ilə çıxacaq.

Komandanın aparıcı futbolçusu Vinisius Junior cəzalı duruma düşüb. O, Amerika Kubokunun qrup mərhələsinin Paraqvay (4:1) və Kolumbiya (1:1) ilə oyunlarda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən 23 yaşlı hücumçu 1/4 finalın Uruqvayla keçiriləcək matçını buraxacaq.

Uruqvay – Braziliya oyunu iyulun 7-də keçiriləcək.