• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avrokubokdakı təmsilçilərimizi nə gözləyir? - TƏHLİL

Manşet / Avrokuboklar

24-06-2024, 21:0

Bəli, artıq ölkəmizi avrokuboklarda təmsil edəcək klubların rəqibləri bəllidi.

Bilindiyi kimi, “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Hamrun Spartans” – “Linkoln” cütünün qalibiylə qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşü səfərdə keçirəcək. Bu matç iyulun 23-24-ü keçiriləcəksə, cavab oyununa 30-31-də şahidlik edəcəyik. Püşkün “köhlən atlar” üçün böyük şans olduğunu deyə bilərik. Çünki hər iki komanda “Qarabağ”dan aşkar zəifdi. Hətta “Linkoln Red İmps” Çempionlar Liqasının 2023/24 mövsümündə məhz “köhlən atlar”ın rəqibi olub ki, təmsilçimiz bu komandanı ümumi hesabla 6:1 məğlub edib. “Hamrun Spartans” ölkəsində yetərincə hegemonluq etsə də, beynəlxalq arenada zəif bənd rolundadı. Hazırda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan başqa heç kim ağdamlıların bu rəqiblərdən hansısa birini məğlub edib-etməməsi ilə bağlı ehtiyatla danışmır. Ümumiyyətlə, “köhlən atlar”ı 3-cü təsnifat mərhələsində görmək sürpriz olmayacaq.

“Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”lə üz-üzə gələcək. İlk oyun iyulun 11-də “Şerif Arena”da, cavab görüşü isə iyunun 18-də “Dalğa Arena”da olacaq. Çoxu bu rəqibləri bərabərsəviyyəli komandalar adlandırır ki, burda müəyyən həqiqət payı mövcuddu. Bəli, “Şerif” avrokubok təcrübəsinə görə xeyli üstün görünsə də, Moldova premyer-liqasının ikinci yarısında uğursuz nəticə göstərməsi hansısa enişdən danışmağa əsas verir. Odu ki, “qartallar” rəqibi dəqiq təhlil etməklə bütün gücünü ortaya qoyub məhz Mərdəkanda məqsədinə çata bilər. Əlbəttə, bunun üçün səfərdən sərfəli nəticəylə dönmək vacibdi. Hər iki komandanın istər hücum, istər müdafiə xəttində müəyyən boşluqlar görünür. Bu üzdən hər ikisinin artıq heyəti gücləndirmək yönündə fəal addımlar atmağa başlamasına haqq vermək olar.

Növbə digər mərhələ üçün şansı olmadığı düşünülən “Sabah”dadı. Masazır təmsilçisi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”sini mübarizədən kənarlaşdırmağa çalışacaq. Rəqib həm büdcə, həm keyfiyyətli futbolçu, həm də ümumi uğurlar baxımından “bayquşlar”dan üstündü. İşin daha bir maraqlı tərəfi ilk matçın İsraildə yox, Macarıstanda keçirilməsidi. Bəli, “Makkabi” təmsil etdiyi ölkədə hökm sürən müharibə şəraiti üzündən bizimkiləri Macarıstanda sınağa çəkəcək. Cavab matçına isə avqustun 1-də “Bank Respublika Arena”da şahidlik edəcəyik. “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç demişkən, favorit “Makkabi”di. Sözügedən komanda kəskin hücum xəttiylə yanaşı, “beton” müdafiə xəttinə malikdi. “Bayquşlar”ın yeganə çıxış yolu, çox güman, ciddi azarkeş dəstəyindən məhrum olacaq komandanı səfərdə büdrətmək və növbəti mərhələ üçün şanslarını artırmaqdı.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində meydana çıxacaq digər təmsilçimiz “Sumqayıt”dı. “Kimyaçılar”ın “Fehervar”la iyulun 25-də Mehdi Hüseynzadə adına şəhər stadionunda qarşılaşması gözlənilir. Cavab matçı isə avqustun 1-də “Şoştoi” stadionunda keçiriləcək. Maraqlıdı ki, “Fehervar” bir həftə əvvəl baş məşqçi dəyişikliyi yaşayıb. Əlbəttə, yeni çalışdırıcı Tamaş Peto özünü sübut edə bilmək üçün əlindən gələni edəcək. Lakin bu məqam “Sumqayıt”ın xeyrinə də ola bilər. Hər halda, rəqib bəzi çatışmazlıqları aradan qaldırmağa çalışacaq ki, buna nə dərəcədə nail olacağı sual altındadı. Əsasən macar futbolçulardan qurulan rəqibin hücum cəhdləri nə qədər təhlükəli alınırsa, müdafiə xətti də o qədər yumşaqdı. Hər halda, Samir Abasov və komandası rəqibi düzgün dəyərləndirsə, istəyə çatmaq mümkün görünür.

Beləliklə, “Qarabağ” və “Sumqayıt”ın şansları böyük ümid vəd edirsə, “Zirə” üçün həm də bəxt lazım olacaq. “Sabah” isə tarixinin ən çətin sınaqlarından biriylə qarşı-qarşıyadı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

11-07-2023, 18:0

“Qarabağ”ın sabiq futbolçusu “Linkoln”la oyundan nə gözləyir? – AÇIQLAMA

Ölkə futbolu / Manşet

21-06-2024, 13:0

“Sabah” “Makkabi”dən az qala üç dəfə ucuzdu

Çempionlar Liqası

19-06-2024, 14:0

“Qarabağ”ın rəqibi bəlli oldu - YENİLƏNİR

Aktual / Ölkə futbolu

22-06-2023, 14:0

“Qarabağ” Avstriyadan Cəbəllütariqə yollanacaq - AÇIQLAMA

Manşet / Çempionlar Liqası

11-07-2023, 17:0

“Linkoln Red İmps”i gözümüzdə böyütməyək - YAZI

Çempionlar Liqası

17-07-2023, 12:0

“Linkoln Red İmps” Bakıda bu məkanı seçdi - ÖZƏL

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 720
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 250
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 161
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə