Ağdamlılar iyulun 11-i və ya 12-də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln Red İmps”lə üz-üzə gələcək. Həmin görüş səfərdə keçiriləcək.
Görəsən, Ağdam təmsilçisi adı çəkilən ölkəyə Avstriyadan birbaşa yollanacaq? Yoxsa “köhlən atlar” Bakıya gəlib, burdan səfərə çıxacaq?
Sualımızı klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyevə ünvanladıq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
“Hazırda Avstriyaya yola düşürük. Orda təlim-məşq toplanışında olacağıq. “Linkoln”la qarşılaşmaq üçün Avstriyadan birbaşa Cəbəllütariqə yollanacağıq. Komandada əlavə yorğunluq olmasın deyə belə qərar verildi”.
İLKİN SULTANLI





