“Qarabağ”ın rəqibi bəlli oldu - YENİLƏNİR

19.06.2024 14:19 522
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.

“Football-plus.az” xəbər verir ki, Çempionlar Liqasında bu turdan start götürəcək “Qarabağ” da rəqibini tanıyacaq. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkatma mərasiminə qədər ilk sıralarda yer alan Qurban Qurbanovun komandasının potensial rəqibləri arasında yalnız bir klub məlumdu: “Yagelloniya” (Polşa).

Ağdam klubunun digər potensial rəqibləri isə 1-ci turun aşağıdakı cütlüklərinin qalibi olacaq:

“Çelye” (Sloveniya) – “Flora” (Estoniya), FCSB (Rumıniya) – “Virtus” (San Marino), “Differdanj” (Lüksemburq) – KI (Finlandiya) , "Şemrok Rovers" (İrlandiya) – “Vikinqur” (İslandiya), “Linkoln” (Cəbəllütariq) – “Hamrun Spartans” (Malta), “Deçiç” (Monteneqro) – “Nyu-Seynts” (Uels), “Pünik” (Ermənistan) - "Dinamo" (Minsk, Belarus), RFŞ (Latviya) – “Larne”(Şimali İrlandiya), “Petrokub” (Rumıniya) – “Ordabası” (Qazaxıstan), “Balkan” (Kosovo) – “Santa Koloma”(Andorra), "Boraç" (Bosniya və Herseqovina) - "Eqnatiya" (Albaniya).

Eyni zamanda xatırladaq ki, UEFA Azərbaycan və Ermənistan klublarını bir-birindən ayırdığı üçün, “Pünik” “Dinamo”nu (Belarus) məğlub edəcəyi halda “Qarabağ”a rəqib ola bilməyəcək.
İkinci turun oyunları 23-24 və 30-31 iyul tarixlərində keçiriləcək.

“Qarabağ"ın da rəqibi bəlli olub.

Püşkatmada səpələnmişlər səbətində yer alan Ağdam təmsilçisi 2-ci mərhələdə “Linkoln” (Cəbəllütariq) - “Hamrun” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ"ın ilk oyunu səfərdə olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.