“Linkoln Red İmps” Bakıda bu məkanı seçdi - ÖZƏL

17.07.2023 12:51 358
Çempionlar Liqası
“Linkoln Red İmps” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la cavab görüşünə hazırlaşır. Cəbəllütariq təmsilçisi gündəlik məşqlərini davam etdirir.

"Football-plus.az" xəbər verir ki, “qırmızı-ağlar”ın Bakıya səfər tarixi artıq bəllidi.

“Cırtdan” ölkənin təmsilçisi bu gün paytaxtımıza təşrif buyuracaq və “Wyndham Garden Baku” otelində məskunlaşacaq.

İLKİN SULTANLI