• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Başverənlər çempion komandanın adına ləkədi” - “Şamaxı”nın maliyyə sıxıntısı aranı qatdı

Premyer-liqa / Manşet

12-06-2024, 23:0

Premyer-liqaya yüksələn “Şamaxı”da komandayla bağlı islahatların aparıldığından xəbərdarıq.

Elita təmsilçisi heyətdəki xeyli futbolçuyla yollarını ayrımaqla yanaşı, məşqçilər korpusuyla da vidalaşıb. Daha dəqiqi, Ramiz Məmmədov əvvəlki vəzifəsinə - klubun idarə heyətinin sədr müavini postuna dönüb. Digər mütəxəssislərin, yəni Məqsəd Yaqubəliyev, Elnar Kərimov və Mehman Baxışovun isə “qələmi qırılıb”.

Bu hadisələr fonunda bir neçə gün əvvəl klubun maliyyə çatışmazlığı yaşadığı üzə çıxdı. Sən demə, məşqçilər və futbolçular son iki ayın maaşını ala bilməyib. Hətta bir neçə oyunçunun komandadan ayrılmasının səbəbi məhz maddi vədlərin yerinə yetirilməməsidi. İddialarla bağlı əvvəl klubun rəsmi mövqeyini öyrənməyi lazım bildik. Bu məqsədlə “Şamaxı”nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq ki, o, məsələni belə izah etdi:

“İddiaların yarısı gerçək, yarısı uydurmadı. Bəli, futbolçular aprel də daxil olmaqla maaş ala bilməyib. Lakin ayrılıqların yaşanmasının səbəbi bu deyil. Xidmətində maraqlı olduğumuz oyunçularla razılığa gəlmişik. Qalanlarına isə gələcək karyeralarında uğurlar arzulayıb yola salmışıq. Bildirmək istəyirəm ki, “Şamaxı” indiyə qədər heç kimə bir qəpik belə borclu qalmayıb. Ən qısa zamanda hər kəsin maaşı ödəniləcək”.


Beləliklə, klubun maliyyə sıxıntısı yaşadığı rəsmən təsdiqləndi. Belədə ağla bir qədər əvvəl yola salınan məşqçilərin durumu gəlir. Görünür, onlara da pul ödənilmədən “yaxşı yol” deyilib. Məsələni dəqiqləşdirmək və ümumi ab-havayla bağlı ətraflı bilgi almaq məqsədilə yuxarıda adını çəkdiyimiz mütəxəssislərlə əlaqə saxlasaq da, yalnız “Şamaxı”ının qapıçılar üzrə sabiq məşqçisi Elnar Kərimov dəstəyi götürdü. O, qəzetimizə açıqlamasında məlumatı təsdiqlədi:
“Düzü, o qədər hadisə baş verib ki, deməklə bitən deyil. Bilirəm ki, komanda premyer-liqaya yüksələndən dərhal sonra yola salınmağımız ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu, mənim üçün də belədi. Bilindiyi kimi, dekabrda Ramiz müəllimin (Məmmədov – red.) dəvətini qəbul edib “Şamaxı”ya yollandım. Düşündüm ki, B kateqoriyalı məşqçi olduğum üçün peşəkar klubda çalışa bilərəm. Mən komandaya gələnə qədər xeyli qol buraxılmışdı. İşə başladıqdan sonra müəyyən mənada dəyişikliklər etməyi bacardım. Şükür Allah, əziyyətimiz yerdə qalmadı. Kollektiv çempion kimi premyer-liqaya vəsiqə qazandı. Bundan sonra hər şey dəyişdi. Rəhbərlik elitaya yüksələcəyimiz təqdirdə işimə davam edəcəyimi bildirmişdi. Lakin sonradan sözlərindən döndülər. Səbəb nə idi? Özümü tərifləmək istəmirəm. Onu deyə bilərəm ki, vəzifəmin öhdəsindən layiqincə gəldim. Hətta etdiklərim rəhbərlik tərəfindən müzakirə olundu. Görüş zamanı işimdən razı qaldıqlarını bildirdilər. Fəaliyyətimə görə təşəkkür edərək premyer-liqaya çıxdıqdan sonra da bir yerdə işləyəcəyimizi dedilər. Təbii ki, hər şeyi təkcə mən etməmişəm. Burda qapıçıların da böyük rolu oldu. Bunu dana bilmərəm. Onlar çıxışlarıyla sübut etdilər ki, 1-ci liqanın ən yaxşı qolkiperləridi. Mən hətta akademiyanın məşqçilərinə də məşq keçirdim. Sonda belə qərar verildiyinə görə çox təəccübləndim. Maaşa gəlincə, bəli mənim əməkhaqqım da ödənilməyib. Nə maaş verilib, nə də mükafat. Məncə, proses bu həddə gəlməməliydi. Hazırda başverənlər çempion komandanın adına ləkədi. “Şamaxı”yla bağlı xoşagəlməz halları mətbuatdan oxuyanda üzvü olmuş biri kimi çox kədərləndim. Lakin bunu məndən əvvəl rəhbərlik düşünməli, ən azı ayrılan futbolçu və məşqçilər ilə halallaşmalıydılar. Maaş və mükafatlar heç olmasa, vida günü verilsəydi, heç kim incik qalmazdı, hər kəsin könlü alınardı. Niyə belə edirlər? Mənə də maraqlıdı. Nəinki “Şamaxı”, bütün klublarımız belə əmələ yol verməkdən çəkinməlidi. İndi belə hadisələrin yaşanması göstərir ki, Azərbaycan futbolu çox bərbad səviyyədədi”.


Elnar bəy komandayla yolların ayrılması prosesini belə izah etdi:
“Rəhbərlik mənə zəng edib yeni baş məşqçinin gələcəyini və öz köməkçiləriylə işləmək istədiyini dedi. Bunu pis qarşılamadım. Sadəcə, daha əvvəl verilən sözləri xatırladaraq bildirdim ki, həm maaşımın, həm də mükafatımın verilməsi daha yaxşı olar. Çünki ailəmdə böyük maddi sıxıntılar var. Maaşla dolanırıq. Başqa yerdən gəlirim yoxdu. Boş yerə vəd verdilər ki, tezliklə hər şey yoluna düşəcək. Lakin hələ ortada heç nə yoxdu. Artıq məşqçi olduğuma görə özümü pis hiss edirəm. Nə yalan deyim, iyrənirəm. Amma əlimdən nəsə gəlmir. Mənim peşəm budu. Başqa nə iş görüm”.


Elnar bəy “Şamaxı”dan ayrılandan sonra başqa klublardan təklif alıb-almadığına da aydınlıq gətirdi:
“Bəli, bir neçə komandayla danışıq aparıram. Lakin konkret razılıq əldə etdiyim hansısa klub yoxdu”.


Bu arada “şirlər” bir neçə gündü baş məşqçi postu üçün danışıq apardığı Ayxan Abbasovla müzakirələrin düyünə düşdüyü haqda xəbərlər yayılıb. İddialara görə, buna məhz klubda yaşanan maliyyə sıxıntısı səbəb olub. Məsələni aydınlaşdırmaq üçün əlaqə saxladığımız Ayxan bəy nəinki bilgini təkzib etdi, razılığın əldə olunduğunu açıqladı:
“Hansısa yubanmadan söhbət getmir. “Şamaxı” yeni klubdu. Maliyyə sıxıntılarını böyütmək lazım deyil. Müzakirələrin uzanmasının səbəbi şəxsi işlərlə bağlı başımın qarışıq olmasıydı. Çox güman, sabah rəhbərliklə görüşümüz olacaq. Qərarımı müsbət yöndə qətiləşdirdiyimdən müqavilə imzalayacağıq”.


Bilindiyi kimi, komanda üçün aktual mövzulardan biri də heyətə legionerlərin cəlb edilib-edilməyəcəyidi. Əldə etdiyimiz bilgiyə görə, yeni baş məşqçi əcnəbi futbolçularla çalışmaq niyyətindədi və bunu “Şamaxı” rəhbərliyini çatdırıb. Müsbət cavab alan mütəxəssisin növbəti addımı “Turan Tovuz”da səmimi münasibəti olan əcnəbiləri yeni kollektivinə dəvət etmək olacaq. Ayxan bəyin bu məsələyə reaksiyası belə oldu:
“Hələ ki legionerlərin xidmətindən istifadə edib-etməyəcəyimiz dəqiq deyil. Lakin rəhbərlik bu yöndə qərar versə, tanıdığım futbolçuları komandaya cəlb edə bilərəm”.


KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

9-06-2024, 21:0

"Ən qısa zamanda hər kəsin maaşı ödəniləcək" - "Şamaxı"dan etiraf və baş məşqçi açıqlaması

1-ci liqa

27-11-2023, 20:0

"Şamaxı"nın yeni baş məşqçisi rəsmiləşdi

Ölkə futbolu

3-06-2024, 15:0

"Şamaxı" məşqçilər heyəti ilə yolları ayırdı

1-ci liqa

17-03-2024, 16:0

"Şamaxı"nın idarə heyətinin üzvü vəfat etdi

Premyer-liqa / Manşet

2-06-2024, 20:0

Ramiz Məmmədovun taleyinə aydınlıq gəldi

Ölkə futbolu / Manşet

5-06-2024, 14:0

Kamran İsmayılov: “Başqa mütəxəssislə əlaqədə deyilik, lakin digər variantlar da var”

Aktual
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
“Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
“Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
“Bir məşqçini Konfrans Liqasında mərhələ keçib-keçməməyə görə işə götürmürlər” – “Neftçi” niyə tələsdi?
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Son xəbərlər
  • Bu gün, 20:49
    "Zirə"nin növbəti rəqibi bilindi
  • Bu gün, 20:10
    “Barselona”nı tərk etdi
  • Bu gün, 19:35
    “Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
  • Bu gün, 19:01
    AFFA İcraiyyə Komitəsinin iclası keçirildi
  • Bu gün, 18:40
    “Uimbldon”un sabiq qalibinə sərt cəza - Vondrouşova dördillik cəza aldı
  • Bu gün, 18:09
    “Qəbələ”dən mövsümün ilk transferi
  • Bu gün, 17:46
    Karberi əvvəlkindən daha çox qazanacaq
  • Bu gün, 17:10
    "İmişli" Kaşkilya ilə yolları ayırdı
  • Bu gün, 16:12
    “Səbail”, “Şahdağ Qusar” və “Xankəndi” daha fəaldı -1-ci liqada “yatanlar” da var, gözləyənlər də
  • Bu gün, 15:41
    Berqamonu tərk etdi
  • Bu gün, 15:10
    MMA döyüşçümüz Çində qələbə qazandı
  • Bu gün, 14:38
    "Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
  • Bu gün, 14:07
    Əfsanəli illər... - KÖŞƏ
  • Bu gün, 13:36
    Millimiz ilk dəfə Avropa çempionatında iştirak edəcək
  • Bu gün, 13:05
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:35
    “Ferentsvaroş”un məşqçisi "Sahah" və "Qarabağ"la oyunlar haqda nə dedi?
  • Bu gün, 12:04
    Paro daha bir il "Araz-Naxçıvan"da
  • Bu gün, 11:33
    “Şahdağ Qusar”dan növbəti transfer
  • Bu gün, 11:02
    “Qələbələrdən doyub” - Leandro “Qarabağ” üçün bitmişdi?
  • Bu gün, 10:31
    İspaniyadan Niderlanda üz tutdu
  • Bu gün, 10:00
    “Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
  • Bu gün, 00:59
    Kanada 1/8 finala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:55
    Cüdoçumuz Çində medal qazandı
  • Dünən, 22:58
    ''İnter'' Çalhanoğlu ilə bağlı qərarını verdi
  • Dünən, 22:27
    "Sabah" "Ferentsvaroş"la da heç-heçə etdi
  • Dünən, 21:56
    “Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
  • Dünən, 21:30
    ''Bursaspor'' ''Fənərbaxça''nın sabiq üzvünü transfer etdi
  • Dünən, 20:56
    Bu qardaşlar DÇ-nin tarixinə düşdü
  • Dünən, 20:25
    “Liverpul”u tərk edəcək
  • Dünən, 19:49
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 19:17
    "Turan Tovuz" Türkiyəyə nə vaxt qayıdacaq?
  • Dünən, 19:00
    Vicdansız Kristiansen! – Roderik Milleri son oyuna da buraxmadı
  • Dünən, 18:41
    Bundestimi məğlubdan qalibə çevirən oyunçu - Undav dünya kubokunu başı üzərinə qaldırmağı arzulayır
  • Dünən, 18:00
    Penalti seriyasında yenilik? - DÇ-nin İDEYASI
  • Dünən, 17:29
    “Hər ehtiyacları mənim tərəfimdən qarşılanacaq” – Mahir Şükürovun məktəbi işə başladı
Daha çox
Oxunub: 447
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 316
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 267
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 240
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Oxunub: 231
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə