Qələbədə 3 assist ilə rol oynadı

5.11.2026 16:25 27
Dünya futbolu
Marko Roys ABŞ çempionatında məhsuldar çıxışını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, “Los Anceles Qalaksi”nin yarımmüdafiəçisi MLS-in “Ostin”lə oyununun qəhrəmanı olub. Almaniya yığmasının sabiq oyunçusu komandasının 4:1 qələbəsində 3 məhsuldar ötürmə ilə pay sahibi olub.

37 yaşlı Roys bu mövsüm MLS-də keçirdiyi 30 oyunda 8 qol vurub və 12 məhsuldar ötürmə edib.