“Şamaxı” bayramdan sonra pul paylayacaq

17.06.2024 11:00 410
Premyer-liqa / Manşet
Bir mövsümlük fasilədən sonra yenidən elitaya qayıdan "Şamaxı"da maliyyə problemləri yaşandığını, aprel və mayın maaşlarının ödənilmədiyini xəbər vermişdik.

Bəs görəsən, indi durum nə yerdədi? Futbolçuların maaşları ödənildimi? "Football-plus.az" olaraq, bu suallarla klubun idman direktoru Kamran İsmayılova müraciət etdik. O isə bizə açıqlamasında "hələ ki yox, inşallah, bayramdan sonra ödənilməsi planlaşdırılır" dedi.

GÜNAY SÜLEYMANOVA