O, Spallettinin yerini tuta bilər

5.11.2026 17:26 27
Dünya futbolu
“Yuventus”da baş məşqçi dəyişikliyi gözlənilir.

"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi bu postda dəyişiklik etmək ehtimalını nəzərdən keçirir. İtaliya klubu almaniyalı mütəxəssis Yulian Naqelsmannla əlaqə saxlayıb və onu baş məşqçi vəzifəsi üçün əsas namizədlərdən biri kimi müəyyənləşdirib. Bu barədə jurnalist Rudi Qaletti X sosial şəbəkəsində məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Naqelsmann gələcəyi ilə bağlı bir neçə variantı nəzərdən keçirir və “Yuventus”un təklifinə müsbət yanaşıb.

39 yaşlı mütəxəssisin sonuncu iş yeri Almaniya yığması olub. O, 2023-26-cı illərdə yığmaya rəhbərlik edib. Klub səviyyəsində isə sonuncu dəfə 2021-23-cü illərdə “Bavariya”nı çalışdırıb.

“Yuventus”un baş məşqçisi Luçano Spallettinin mövqeyi son həftələr çox zəifləyib. Onun komandası A seriyasında 9 turdan sonra 14 xalla 8-ci yeri tutur.