Cerri Kardinale sahiblik hüququnu genişləndirməyi düşünür.
"Football-plus.az" xəbər verir ki, “Milan”ın sahibi Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubunun səhmlərinin bir hissəsini almaqla bağlı ilkin danışıqlar apardıqlarını təsdiqləyib. Kardinale danışıqların hələ ilkin mərhələdə olduğunu bildirib. O, həmçinin Kriştiano Ronaldonun futbolçu karyerasını başa vurduqdan sonra klubda hansı rolu oynaya biləcəyi ilə maraqlandığını söyləyib.
Qeyd edək ki, Kardinale hazırda “Milan”la yanaşı, Fransanın “Tuluza” klubunun da sahibidi.
Üç kluba sahiblik etmək istəyir
Dünya futbolu




