Futzal millimiz DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, yığma Lənkəran Olimpiya İdman Kompleksində Çexiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Millimizin heyətində hər iki qolu Kənan Manafov vurub. Murad Quluzadə isə avtoqola səbəb olub.
Xatırladaq ki, komandalar arasında ilk matçda çexiyalılar 2:1 hesabı ilə qalib gəlmişdilər.
Millimiz növbəti oyununu noyabrın 8-də Bakıda Latviya yığmasına qarşı keçirəcək.
Millimiz Çexiya ilə heç-heçə etdi
Ölkə futbolu





