Görəsən, "Şamaxı-2"də yeni məşqçiliyə başlayan Ruslan Əmircanovun taleyi necə olacaq? "Football-plus.az" saytı olaraq yığmanın sabiq üzvüylə əlaqə saxladıq:
"Şamaxı"nın 1-ci liqaya düşməsinə çox üzüldük. Amma nə edəsən ki, futbolun öz qaydaları, idman prinsipi var. Əvəzedici komandada baş məşqçi Zaur İsmayılov, mən isə onun köməkçisi idim. Bəzən komandanı oyuna mən çıxarırdım. Şamaxı təmsilçisində gənclərlə işləmək çox xoş idi. Müqaviləmin müddəti iyunda başa çatdı. Klub tərəfindən də sözləşməni yeniləmək və ya başqa bir vəzifədə çalışmaq təklif olunmadı. Hələlik istirahətdəyəm. Bəzi təkliflər var, onlar üzərində düşünürəm. Yaxın günlərdə harda işləyəcəyim bilinəcək".
ABDULLA İSMAYILOĞLU






