Sabah və birisigün futbol üzrə avrokubokların növbəti mövsümünün püşkü atılacaq.
Bilindiyi kimi, ölkəmizi Avropa arenasında 4 komanda təmsil edəcək: “Qarabağ” (ÇL), “Zirə” (AL), “Sabah” və “Sumqayıt” (hər ikisi KL). Bəs sabahkı püşkatmaya klub rəsmilərindən kimlər gedəcək? Bu sualla hər klubun mətbuat katibinə müraciət etdik.
Anar Hacıyev (Qarabağ):
“Beynəlxalq əlaqələr üzrə menecer Vüsal Həsənov, UEFA ilə əsas əlaqələndirici və komandanın meneceri Fərid Ağayev iştirak edəcək”.
Elmar Abdullazadə (Zirə):
“Klubun baş meneceri Elman Himayətoğlu püşkatmada olacaq”.
Elnur Həmidov (Sabah):
“Klub prezidenti Maqsud Adıgözəlov iştirak edəcək”.
Zaur Xudiyev (Sumqayıt):
“Böyük ehtimalla klubun prezidenti Riad Rəfiyev püşkatmada olacaq”.
KAMAL SƏFƏR