Murad Musayevin fikirləri “Sabah”ın rəsmi mövqeyidi - AÇIQLAMA

22.06.2023 17:13 458
Aktual / Konfrans Liqası
Dünən İsveçrənin Nyon şəhərində Konfrans Liqasında çıxış edəcək klublarımızın rəqbiləri bəlli olub. "Sabah" "Makedoniya" (Şimali Makedoniya) - RFŞ (Latviya) cütünün qalibiylə qarşılaşacaq.

Görəsən, Masazır təmsilçisindən rəsmi nümayəndə kimi püşkatmada kim iştirak edib? "Football-plus.az" saytı olaraq bunu dəqiqləşdirmək üçün klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxldaq:

"Pükatma mərasimində klubumuzun prezidenti iştirak edib".


"Sabah"ın prezidenti Maqsud Adıgözəlovdan açıqlama almaq istəyimiz alınmadı. "Bayquşlar"ın sözçüsü isə məsələyə belə reaksiya verdi:

"Püşkatma ilə bağlı komandanın baş məşqçisi Murad Musayev artıq fikirlərini bildirib. Bizdə rəqiblərlə bağlı açıqlamaları baş məşqçi verir. Onun fikirləri klubun rəsmi mövqeyidi".


ABDULLA İSMAYILOĞLU