“Football-plus.az” xəbər verir ki, Nyonda keçirilən mərasimda “Neftçi” nümayəndəsi iştirak etməyib. Bunun səbəbini klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevdən soruşduq. “Ağ-qaralar”ın rəsmisi “Football-plus.az” açıqlamasında məsələyə belə münasibət bildirdi:
“Əslində klubumuzun beynəlxalq əlaqələr üzrə meneceri Qədir Həsənov Nyondakı püşkatmada iştirak etməliydi. Lakin sonradan onun viza problemi oldu. Bu səbəbdən də mərasimdə iştirak etmədi. Sonradan qərar verildi ki, klubun idman direktoru Zaur Əzizov iştirak etsin. Lakin Bakıda qonaqlarımız olduğu üçün onun da Nyona getməsi mümkün olmadı”.
İLKİN SULTANLI





