Sabah” ayın 20-də toplaşır, “Sumqayıt” püşkü gözləyir

9.06.2024 22:50 357
Manşet / Avropa Liqası
Bilindiyi kimi, 2024/25 mövsümündə ölkəmizi Konfrans Liqasında “Sabah”la “Sumqayıt” təmsil edəcək.
“Football-plus.az” xəbər verir ki, hər iki komanda son tura qədər gedən gərgin mübarizədən sonra avrokuboklara vəsiqə qazandı. Avropada mübarizə aparacaq komandalarımızın hələ də yay hazırlıq planları açıqlanmayıb. Bu məsələnin nə yerdə olduğunu öyrənmək üçün mətbuat katibləri ilə əlaqə saxladıq.

Elnur Həmidov (Sabah):
“Komanda iyunun 20-də Bakıda toplaşacaq. İyunun 24-29-u aralığında Qəbələdə təlim-məşq toplanışı olacaq. Növbəti ayın əvvəlində isə ölkə xaricinə yollanmaq nəzərdə tutulub. Komandanın hazırlığın ikinci mərhələsini hansı ölkədə keçəcəyinə yaxın günlərdə aydınlıq gələcək”.


Zaur Xudiyev (Sumqayıt):
“Hələ ki heç nə məlum deyil. Püşkatmanın nəticəsinə uyğun qərar verəcəyik”.

KAMAL SƏFƏR