Təbii ki, mübarizəyə əvvəlcə avrokuboklarda çıxış etmək haqqı qazanan komandalarımız başlayacaq. “Neftçi”, “Zirə” və “Sabah” Konfrans Liqasının, ölkə çempionu “Qarabağ” isə Çempionlar Liqasının təsnifat mərhələsində gücünü sınayacaq. Klublarımızın rəqiblərinin adına iyunun 14-də Nyonda baş tutacaq püşkatma mərasimində aydınlıq gələcək.
Son iki ilə COVID-19 pandemiyası səbəbindən tədbir onlayn formatda keçirilirdi. Ancaq indi normal həyata qayıtmışıq və püşkatma ənənəvi qaydada baş tutacaq. Maraqlıdı, klublarımızdan kimlər tədbirdə iştirak edəcək? Bu sualla adı çəkilən klubların mətbat xidmətləri ilə əlaqə saxladıq. Sorğumuzdan aydın oldu ki, aşağıdakı şəxslər klublarını mötəbər mərasimdə təmsil edəcək:
“Qarabağ” - Fərid Ağayev (beynəlxalq əlaqələr üzrə menecer), “Neftçi” – Qədir Həsənov (baş menecer), “Qəbələ” – Nail Kərimov (baş menecer). Yalnız çempionatı 3-cü pillədə başa vuran “Zirə”dən kimin püşkatmada iştirak edəcəyinə aydınlıq gəlməyib. Görünür, qəsəbə təmsilçisi həmişəki kimi son anda qərarını ictimaiyyətə açıqlayacaq".
SƏNƏM FƏRHADOVA



