Anxelinyonun aqibəti müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, “Roma” qışda “Leyptsiq”dən icarəyə götürdüyü futbolçunu birdəfəlik alıb. Bu barədə klubun saytı məlumat yayıb. İtaliya təmsilçisi 27 yaşlı müdafiəçi ilə imzaladığı müqavilənin detallarını hələ ki açıqlamayıb. Anxelinyo “Roma”da ümumilikdə 20 oyun keçirib və 1 məhsuldar ötürmə edib. O, 2021-ci ildən “Leyptsiq”ə məxsus idi.