“Roma”ya yenə gərək olmadı

29.07.2023 22:37 234
Dünya futbolu
Eldor Şomurodov “Roma”ya yenə gərək olmayıb.

"Football-plus.az" xəbər verir ki, növbəti mövsümə paytaxt komandasında başlamayacaq. “Roma” özbək futbolçunu növbəti dəfə icarəyə verib. 28 yaşlı hücumçu yeni mövsümü bu statusla “Kalyari”də keçirəcək.

Eldor “Roma”ya müqavilə ilə 2021-ci ildən məxsusdu. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Spetsiya”da keçirib.