“Roma” rəhbərliyi komandanın iki hücumçusu ilə bağlı qərar verib. Hər iki futbolçu başqa klublara icarəyə verilib.
"Football-plus.az" xəbər verir ki, Andrea Belottinin komandadakı çıxışına müvəqqəti son qoyulub. 30 yaşlı forvard karyerasını “Fiorentina”da davam etdirəcək. Belotti bu komandada cari mövsümün sonunadək oynayacaq. O, “Roma”da 2022-ci ildən çıxış edir. Təcrübəli futbolçu bu mövsüm komandada bütün turnirlərdə 22 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Andreanın “Roma” ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi.
Eldor Şomurodov isə paytaxt klubuna yenə lazım olmayıb. “Roma” onu bu dəfə “Salernitana”ya icarəyə verib. Mövsümün əvvəlindən icarə əsasında “Kalyari”də çıxış edən özbək futbolçu bu komandada 11 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Eldor “Roma”da 2021-ci ilin yayından çıxış edir.