"Milan" komandada icarə əsasında çıxış edən Alessandro Florenzini "Roma"dan birdəfəlik transfer edib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Florenzi 2011-ci ildən "Roma"nın futbolçusu idi. O, icarə əsasında "Krotone", "Valensiya" və PSJ-də oynayıb.