Anxelinyo tezliklə “Leyptsiq”dən ayrılacaq.
İspaniyalı müdafiəçi yeni mövsümü “Hoffenhaym”da keçirəcək. Klublar onun birillik icarəsi ilə bağlı razılığa gəliblər. “Hoffenhaym” gələn yay 20 milyon avro ödəməklə 25 yaşlı futbolçunu birdəfəlik transfer etmək imkanına malikdi. “Leyptsiq”də 2020-ci ildən çıxış edən Anxelinyo tən mövsüm bundesliqada keçirdiyi 29 matçda 2 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.