“Roma”da yeni müqavilə

19.06.2023 17:16 272
Dünya futbolu
“Roma” Kris Smollinqlə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli müdafiəçinin yeni sözləşməsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Qeyd edək ki, “Roma” Smollinqi 2020-ci ilin yayında “Mançester Yunayted”dən transfer edib. 33 yaşlı oyunçu son mövsümdə meydana çıxdığı 47 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.