Millimizin oyunçuları müxtəlif statistik göstəricilər üzrə bütün Millətlər Liqasında ən yaxşılar sırasındadılar.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Bədavi Hüseynov topu geri qazanma sayına görə (35 dəfə) 3-5-ci yerləri bölüşür. O, bu göstəricidə Estoniya millisindən Maksim Paskoçi və Albaniya yığmasından Ardian İsmayli ilə eyni nəticəni göstərib.
Yarımmüdafiəçi Abdulla Xaybulayev qrup mərhələsində keçirdiyi dörd oyunda 12 dəfə topu rəqibdən almağa (“tackle”) müvəffəq olub və bu göstəricidə 5-ci yerdə qərarlaşıb. Türkiyəli İsmayıl Yüksək 18 belə hərəkətlə siyahıya başçılıq edir.
Millimizin hücumçusu Mahir Emreli qrup mərhələsindəki dörd qarşılaşmada rəqib qapısına 10 dəqiq zərbə endirib ki, bu da həmin göstərici üzrə ikinci ən yaxşı nəticədi. Yalnız isveçrəli Dan Ndoye ondan daha çox – 11 dəqiq zərbə vurub. Üçüncü yeri isə bir neçə oyunçu bölüşür. Onların arasında hər biri 9 dəqiq zərbəyə imza atmış Türkiyə yığmasının üzvü Arda Gülər və İspaniya millisinin oyunçusu Aleks Baena da var.
Mahir Emreli Arda Güləri "toza basdı" - Bədavi isə ilk "üçlük"dədi
Ölkə futbolu





