Castin Klyuvertin məsələsinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, “Roma” onu “Bornmut”a satıb.
İnsayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu bu transferdən 9,5 milyon funt sterlinq (11 milyon avrodan bir qədər çox) və müəyyən şərtlər daxilində daha 850 min funt sterlinq (təxminən 992 min avro) bonus alacaq. 24 yaşlı futbolçu ilə müqavilənin müddəti 5 illikdi.
Kluvert sonuncu dəfə “Roma”da 2020-ci ilin oktyabrında çıxış edib. Bundan sonra “Leyptsiq”, “Nitsa” və “Valensiya”ya icarəyə göndərilib.