Millətlər Liqasında Fransa ilə oyuna hazırlaşan Türkiyə yığmasının düşərgəsindən yeni zədə xəbəri var.
Belə ki, qapıçı Uğurcan Çakırın zədə üzündən oyunu buraxacağı məlum olub. ''Qalatasaray''ın qapıçısının çiynindən zədə aldığı bildirilir. Amma onun hansı müddətə sıradan çıxması barədə məlumat yoxdu. ''Qalatasaray'' onsuz da yığma fasiləsindən öncə iki aparıcı futbolçusu - Viktor Osimhen ilə Rafael Leaonu itirmişdi. İndi də bu isimlərə Uğurcan əlavə olundu. Qeyri-adi bir şey baş verməsə, Fransa ilə oyunda qapını Berke Özər qoruyacaq.
Karyerasını məhz elə Fransa təmsilçisi ''Lill''də davam etdirən Özər məşqçi dəyişikliyindən sonra yenidən yığmaya dəvət almağa başlayıb. 26 yaşlı əlcək sahibi ötən il bir matçda adının iştirak ərizəsinə salınmadığını öyrəndikdən sonra yığmanın düşərgəsini icazəsiz tərk etmişdi. Bu hadisənin ardından Vinçentso Montella ilə münasibətləri pozulan Berke bir daha yığmaya dəvət almamışdı. Amma Sərgən Yalçının təyinatından sonra onun yığmaya yenidən yolu açıldı.
Berke indiyə qədər ''ay-ulduzlular''ın heyətində cəmi 2 oyuna çıxıb. Bundan başqa türkiyəli insayder Yağız Sabuncuoğlunun məlumatına görə Fərdi Kadıoğlunun da ağrıları artıb və onun Fransa ilə matçda start heyətində meydana çıxması gözlənilmir.
Türkiyə Fransa ilə oyundan öncə qapıçısını itirdi!
Dünya futbolu





